» » Saakaşvili Poroşenko ilə barışmaq istəyir

Saakaşvili Poroşenko ilə barışmaq istəyir

Bölmə: Dünya
Saakaşvili Poroşenko ilə barışmaq istəyir
Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidenti Petr Poroşenkoya məktub göndərib.

Xalqinfo.az xəbər verir ki, bu barədə Report xarici mətbuata istinadən məlumat yayıb.

Məlumata görə, Saakaşvili məktubda barışıq təklif edib. "Poroşenkoda məktub var. Mişa (Mixeil - red) deeskalasiya təklif edir, - deyə mənbə bildirib.

Saakaşvilinin "Yeni qüvvələr hərəkatı" partiyasından bununla əlaqədar bildiriblər ki, təşkilat liderinin dövlət başçısına məktub yazıb-yazmamasından xəbərsizdirlər.

Qeyd edək ki, Mixeil Saakaşvili az öncə Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün prezident Pyotr Poroşenko ilə razılığa gəlməyin lazım olduğunu bildirib. "Biz hamımız bir istiqaməti tutmalıyıq, o barədə danışmalıyıq, o cümlədən onunla. Lakin eyni zamanda biz ölkəni çəkişdirməmək barədə razılığa gəlməliyik", — deyə Saakaşvili əlavə edib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler