» » Putin Nazarbayevi təbrik etdi

Putin Nazarbayevi təbrik etdi

Bölmə: Dünya
Putin Nazarbayevi təbrik etdiRusiya Federasiyasının Prezidenti Vladimir Putin Qazaxıstan lideri Nursultan Nazarbayevə Qazaxıstanın Müstəqillik günü münasibətilə təbrik teleqramı göndərib.

Xalqinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya dövlətinin rəhbəri Qazaxıstanın iqtisadi, sosial və elmi-texniki sahələrdə əldə etdiyi nailiyyətləri, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünya arenasında ölkənin yüksək nüfuzunu və beynəlxalq problemlərin həllinə verdiyi mühüm töhfəsini qeyd edib”, - məlumatda bildirilir.

Putin, həmçinin, Rusiya-Qazaxıstan münasibətlərinin ikitərəfli dostluq, yoldaşlıq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan uğurlu inkişafını yüksək qiymətləndirib.

Rusiyanın Baş naziri Dmitri Medvedyev də Qazaxıstan Baş naziri Bakıtjan Saqintayevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler