» » Ərdoğanı devirmək istəyən şəxslərin tutulması üçün mükafat -

Ərdoğanı devirmək istəyən şəxslərin tutulması üçün mükafat - Vəd olundu

Bölmə: Dünya
Ərdoğanı devirmək istəyən şəxslərin tutulması üçün mükafat - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarlarından biri ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) iki sabiq əməkdaşı üçün 800 min dollar ödəməyə hazırdır.

Publika.az xəbər verir ki, bu haqda Amerika məmurlarına istinadən “Washington Free Beacon” nəşri bildirib.

Qəzetin mənbələrinin məlumatına görə, söhbət Pentaqonun keçmiş əməkdaşı Maykl Rubin və MKİ-nin sabiq əməkdaşı Qraham Fullerdən gedir. Onlar 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdində şübhəli bilinirlər.

Nəşrin mənbələri qeyd edir ki, Türkiyə prokurorluğu Rəcəb Tayyib Ərdoğan dəfələrlə tənqid edən Rubin və Fullerin həbsinə order verib.

Mənbələr Pentaqon və MKİ-nin sabiq əməkdaşlarının Türkiyədəki hərbi çevriliş cəhdində hər hansı iştirakı haqqında iddiaları absurd adlandırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler