» » “Qüdsün sahibsiz olmadığını bütün dünyaya göstərdik” - Ərdoğan

“Qüdsün sahibsiz olmadığını bütün dünyaya göstərdik” - Ərdoğan

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
“Qüdsün sahibsiz olmadığını bütün dünyaya göstərdik” - Ərdoğanİslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən Zirvə toplantısından sonra liderlər mətbuat konfransı keçiriblər.

Xalqinfo.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Qüdsün Fələstinin paytaxtı elan edilməsi ilə Qüdsün sahibsiz olmadığını dünyaya göstərdiklərini bildirib.

O deyib ki, bundan sonra ABŞ-ın İsrail və Fələstin arasında vasitəçi olması qeyri-mümkündür.

Ərdoğan Qüds torpaqlarının 1947-ci ildən etibarən işğala məruz qaldığını xatırladıb və hazırda İsrailin bütün torpaqları əldən almağa çalışdığını deyib:

“Tramp bütün etirazlara baxmayaraq qanunsuz açıqlamasını etdi. Bu qərarın bizim gözümüzdə dəyəri yoxdur. Özü çalar, özü də oynayar. ABŞ-ın yanlış qərarından dönməsini gözləyirik.

Qüdsü taleyi qandan bəslənən İsrailin əlinə buraxa bilmərik. Qüds bizim ilk qibləmizdir və bütün insanlığın ortaq mirasıdır. Bu torpaqların əsl sahibi Fələstindir”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler