» » Türkiyədən Əsədlə bağlı sensasiyalı qərar

Türkiyədən Əsədlə bağlı sensasiyalı qərar

Bölmə: Dünya
Türkiyədən Əsədlə bağlı sensasiyalı qərarTürkiyə daha Suriya rejimini təhdid olaraq görmür.

Xalqinfo.az xəbər verir ki, bunu NTV televiziyasına müsahibəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Bizim Suriya hökumətinə qarşı mənfi münasibətimiz onların bizim təyyarəni vuranda yaranmışdı. İndi isə belə hiss yoxdur. Bizim üçün əsas təhdid PYD və PKK-dır. Türkiyə daha Suriya rejimini təhdid olaraq görmür”, – deyə o bildirib.

Çavuşoğlu həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Suriya və Misir ziyarəti Türkiyəyə mesaj kimi qəbul edilməməlidir.

“Rejim və müxalif qrupların razılıq əldə etməsi vacibdir. Əsəd olacaq, yoxsa olmayacaq? Biz Əsədin Suriyanı birləşdirə biləcəyini düşünmürük. Əsədin olduğu bir keçid hökumətində Suriyanın seçkilərə gerçək anlamda hazırlana biləcəyini də düşünmürük”, - Çavuşoğlu deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler