» » Netanyahu Brüssel səfərini yarımçıq kəsdi -

Netanyahu Brüssel səfərini yarımçıq kəsdi - Qüdsə görə

Bölmə: Dünya
Netanyahu Brüssel səfərini yarımçıq kəsdi - İsrail Baş naziri Benyamin Netanyahu Brüsselə səfərini yarımçıq kəsərək, geri dönüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb. Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker və Avropa Birliyinin xarici işlər nazirləri ilə görüş üçün Brüsselə gedən Netanyahu burada heç bir dəstək ala bilməyəcəyini dəqiqləşdirdikdən sonra Yunkerlə görüşünü ləğv edərək, ölkəsinə qayıdıb.

Netanyahu Brüsseldə yalnız Avropa Komissiyasının Təhlükəsizlik və Xarici Siyasət üzrə komissarı Federika Moqerini ilə görüşüb. Görüşdən sonra Moqerini AB-nin ABŞ kimi addım atmayacağını söyləyib. Netanyahunun kəskin qərar qəbul etməsinə də məhz bu məsələ səbəb olub.

Qeyd edək ki, Netanyahu AB-yə 22 ildən sonra ilk dəfə rəsmi səfər edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler