» » Ukraynada Saakaşvilinin tərəfdaşları küçələrə axışdı -

Ukraynada Saakaşvilinin tərəfdaşları küçələrə axışdı - Etiraz aksiyaları

Bölmə: Dünya
Ukraynada Saakaşvilinin tərəfdaşları küçələrə axışdı - Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları sabahdan başlayaraq bütün Ukraynada etiraz aksiyalarına başlayır.

Xalqinfo.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Ukrayna prezidentinin impiçmenti barədə qanunun qəbulu tələbi ilə Kiyevdə keçirilən aksiyada çıxış edən Yeni Qüvvələr Hərəkatı Partiyasının təmsilçisi Olqa Qalabala bəyan edib.

M. Saakaşvilinin sədri olduğu partiyanın təmsilçisi bildirib ki, sabahdan Ukraynanın bütün şəhərlərində aksiyalara başlanacaq. Partiya üzvləri rayon və vilayət mərkəzlərində dinc aksiyalar keçirəcək. O. Qalabala növbəti bazar günü də Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşünün keçiriləcəyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler