» » ABŞ-da birmühərrikli təyyarə yaşayış evinin üzərinə düşüb

ABŞ-da birmühərrikli təyyarə yaşayış evinin üzərinə düşüb

Bölmə: Dünya
ABŞ-da birmühərrikli təyyarə yaşayış evinin üzərinə düşüb
ABŞ-ın cənub-qərbində yerləşən San-Diyeqo şəhərində (Kaliforniya ştatı) "Beechcraft Bonanza" tipli birmühərrikli təyyarənin yaşayış evinin üzərinə düşməsi nəticəsində azı 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli xilasetmə xidmətlərinə istinadən CBS telekanalı məlumat yayıb.

Onun məlumatına görə, təyyarənin göyərtəsində 4 nəfər olub. Pilot Montqomeri Fild aeroportundan havaya qalxdıqdan tez bir zaman sonra mühərrikin imtina etdiyini bildirib və o, bundan sonra geri qayıtmaq istəyib. Təyyarə yüksək sürətlə eniş edə bilib, lakin qəzadan qaçmaq mümkün olmayıb.

Ev sakinləri hadisə zamanı içəridə olmayıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler