» » London polisi Heydar Paşazadənin şərab mağazasını bağladı

London polisi Heydar Paşazadənin şərab mağazasını bağladı

Bölmə: Dünya
London polisi Heydar Paşazadənin şərab mağazasını bağladı
Böyük Britaniyanın Ticarət departamenti Azərbaycan əsilli iş adamı Heydar Paşazadəyə məxsus şərab və ərzaq mağazasının lisenziyasını geri götürüb.

Oxu.Az-ın məlumatına əsasən, belə bir qərara səbəb kimi saxta spirtli içki satılması və mağazada “kriminal fəaliyyətlə” məşğul olunduğu gətirilir.

Yerli sakinlər İnternational Food Wine Beer mağazasından polisə şikayət edərək bildiriblər ki, orada saxta Hennesy konyakı satılıb. Sakinlər gecə saatlarına kimi mağazada spirtli içki satılmasına da qarşı çıxıblar.

Polis əməkdaşları mağazanın sahibi Heydar Paşazadə ilə əlaqə yaratmağa cəhd etsələr də, bu, mümkün olmayıb. Belə ki, iş adamı daim ya Azərbaycanda, ya da Türkiyədə səfərdə olub. Nəhayət, Paşazadənin özü polisə gələrək, heç bir xəbərdarlıq almadığını bildirib.

Lisenziya üzrə qrupun üzvü Adrian Morris mağazada qanunvericiliyin kobud surətdə pozulması hallarının aşkar olunduğunu bəyan edib.
Hazırda, müvafiq orqanlar tərəfindən mağazada həddi-büluğa çatmayanlara spirtli içkilərin satılması ilə bağlı daxil olmuş məlumatlar yoxlanılır.

London polisi Heydar Paşazadənin şərab mağazasını bağladı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler