Azərbaycana 750 milyon

Bölmə: Dünya
Azərbaycana Asiya İnkişaf Bankı 2014-2017-ci illər ərzində Azərbaycana təxminən 750 milyon ABŞ dolları həcmində vəsait ayırmağı planlaşdırır.

Xalqinfo.az bildirir ki, ans tv-nin məlumatına görə, bunu Asiya İnkişaf Bankının Prezidenti Takehiko Nakao Bakıda keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, Azərbaycan maliyyə resursları baxımından korluq çəkmir və bu səbəbdən ayrılan vəsaitin həcminin ciddi artacağı gözlənilmir.

“Asiya İnkişaf Bankının Azərbaycanla bağlı 2014-2018-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası ölkəyə öz iqtisadiyyatını şaxələndirməkdə və özəl sektoru inkişaf etdirməkdə kömək edəcək. Həmçinin AİB-dən kreditlər aldıqda kredit vəsaitləri ilə bağlı səriştəmiz və biliklərimiz də Azərbaycana ötürüləcək. AİB öz dəstəyini nəqliyyat, enerji və şəhər xidmətləri, eləcə də kiçik və orta biznesin və dövlət-özəl sektorları arasında tərəfdaşlığın inkişafına yönəldəcək. Bu sektorların inkişafı yeni iqtisadi imkanlar yaradacaq və onları inkişaf etdirəcək”? - deyə bank prezidenti qeyd etdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler