Rza Zərrab məhbuslardan birinə təcavüz edib - Şok iddiaABŞ-da həbsdə olan və 1 həftədir hakim qarşısında ifadə verən iş adamı Rza Zərrab haqqında növbəti ittiham səsləndirilib. Xalqinfo.az “Nyu York Tayms”a istinadən xəbər verir ki, o, Manhattan həbsxanasında olarkən məhbuslardan birinə təcavüz etməkdə ittiham edilir. Hadisənin 2016-cı ilin noyabrında baş verdiyi bildirilir. Məlumata görə, həmin məhbusun şikayəti əsasında dünən Zərrab haqqında növbəti cinayət işi açılıb. İşə baxan vəkil Aleksey Şaçt isə bildirib ki, kifayət qədər dəlil təqdim edilmədiyi üçün bu gün istintaq dayandırılıb. Qeyd edək ki, Rza Zərrab bank fırıldaqçılığı və “çirkli pulların yuyulmasında” ittiham edilərək 2016-cı ilin martında ABŞ-da tutulub. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|