» » Hakerlərin yeni hədəfi onlar olacaq -

Hakerlərin yeni hədəfi onlar olacaq - Əsas təhlükələr açıqlandı

Bölmə: Dünya
Hakerlərin yeni hədəfi onlar olacaq - “Kasperski Laboratoriyası” şirkətinin 2018-ci ilin əsas kibertəhlükələri haqda proqnozuna görə texnoloji müəssisələr və proqram təminatı hazırlayanlar hakerlərin hədəf nöqtəsində olacaq. Ekspertlər hesab edirlər ki, qanuni proqram istehsalçılarına edilən hücumların sayı artacaq.

Xalqinfo.az ICTnews-a istinadən xəbər verir ki, “Kasperski Laboratoriyası”nın proqnozuna görə, gələn il avtomobillərə qurulmuş əməliyyat sistemləri və fərdi tibbi qurğular hakerlərin hədəfində olacaq.

2018-ci ildə hakerlər internetə yeni qoşulmuş sistemlərə (məsələn, avtomobil və tibbi qurğular) hücum etməyə başlaya bilərlər. Məsələn, hakerlər avtomobil sahibinin smartfonunu yoluxdura və avtomobilin müxtəlif funksiyalarını idarə edən mobil proqramı manipulyasiya edə bilərlər.

Mütəxəssislərin fikrincə, gələn il internetə qoşulmuş tibbi qurğuların sayı 19 milyonadək artacaq. 100 milyon fitness treker daxil olmaqla tibbi qurğular hakerlərin maraq dairəsində olacaqlar. Belə qurğulara edilmiş hücumlar sahibin fərdi məlumatlarının oğurlanması ilə nəticələnə bilər ki, bu da pasiyentin həyatı üçün təhlükəlidir.

Hakerlər smartfon və planşetlərə hücum etməyə davam edəcəklər, istifadəçi pullarının mümkün bütün mənbələri kibercinayətkarların maraq dairəsində olacaq.

Nəhayət, şirkətin analitikləri belə hesab edirlər ki, yaxın aylarda ev routerləri və modemlər kibertəhlükə altında olacaqlar. Ekspertlər bu qurğuların müdafiəsi üçün istifadəçilərə onların standart zavod parollarını dəyişdirməyi tövsiyə ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler