» » Trampın etirafından sonra BMT TŞ təcili toplanır

Trampın etirafından sonra BMT TŞ təcili toplanır

Bölmə: Dünya
Trampın etirafından sonra BMT TŞ təcili toplanırBMT Təhlükəsizlik Şurasındakı səkkiz ölkə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra təcili toplantı keçirilməsini istəyib.

Xalqinfo.az xəbər verir ki, Boliviya, Misir, Fransa, İtaliya, Seneqal, İsveç, Böyük Britaniya və Uruqvayın birgə bəyanatında bildirilir ki, təcili toplantı bu həftənin sonuna kimi çağırılsın.

TŞ üzvləri sabah toplanacaqlar.

Qeyd edək ki, daha əvvəl BMT-nin baş katibi Antonio Guterreş əminliklə bildirmişdi ki, Qüdsün statusu ilə bağlı məsələni ancaq İsrail və Fələstin birbaşa danışıqlar yolu ilə həll edə bilərlər.

Öz növbəsində ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Nikki Xeyli hesab edir ki, bu addımı ilə ABŞ prezidenti artıq çoxdan hər kəsə məlum olanı təsdiqləmiş olub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler