» » Avakov Saakaşvilini Ukrayna hökumətinə tabe olmağa çağırdı

Avakov Saakaşvilini Ukrayna hökumətinə tabe olmağa çağırdı

Bölmə: Dünya
Avakov Saakaşvilini Ukrayna hökumətinə tabe olmağa çağırdı
Ukrayna daxili işlər naziri Arsen Avakov Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Ukrayna hökumətinə tabe olmağa çağırıb.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

A. Avakov bildirib ki, istənilən münaqişə yalnız qanuni yolla həll olunmalıdır: “Saakaşvili qanunun tələblərinə tabe olmalı, hüquqi prosedurdan keçməli, ittihamlara cavab verməlidir. O, qan tökülməsinə və toqquşmaya səbəb olmamalıdır. Məhkəmənin qərarı olmadan baş verənlər həll olunmayacaq”.

Qeyd edək ki, bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, lakin sonra tərəfdarlarının köməyi ilə azad edilən M. Saakaşvili kiyevliləri Meydana toplaşmağa çağırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler