» » Puçdemonun beynəlxalq axtarışı dayandırıldı -

Puçdemonun beynəlxalq axtarışı dayandırıldı - Gözlənilməz qərar

Bölmə: Dünya
Puçdemonun beynəlxalq axtarışı dayandırıldı - İspaniya Ali Məhkəməsi Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon və 4 nazir haqqında Avropa miqyasında beynəlxalq axtarış qərarını ləğv edib.

“Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar haqqında İspaniyada həbs qərarı isə qüvvədə saxlanılıb.

Hakim Pablo Llarena qərarın dəyişməsinə səbəb olaraq hüquqi aktları göstərib. O, Avropadakı axtarışın İspaniyada davam edən istintaqa mənfi təsir edə biləcəyini söyləyib.

Xatırladaq ki, Kataloniya oktyabrda referendumdan sonra müstəqillik elan etmişdi. Bundan sonra İspaniya hökuməti sərt qərar alaraq Kataloniya hökumətini ləğv etmiş, bir neçə naziri isə həbs etmişdi. Puçdemon və 4 nazir isə Belçikaya sığınmışdı.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler