» » Rəsmi Ankaradan Trampın bəyanatına -

Rəsmi Ankaradan Trampın bəyanatına - Sərt reaksiya

Bölmə: Dünya
Rəsmi Ankaradan Trampın bəyanatına - Qüdsün statusunun dəyişməsi fəlakətə səbəb ola bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.

“Beynəlxalq müqavilələrlə qorunan Qüdsün statusunun dəyişdirilməsi regionda yeni toqquşmalara səbəb olacaq. Bu addım nə İsrailin, nə digər dövlətlərin, nə də ümumilikdə regionun xeyrinə olmayacaq. Türkiyə yaranmış vəziyyətin inkişafını diqqətdə saxlayacaq”, - o qeyd edib.

Bozdağ həmçinin xatırladıb ki, müvafiq qətnamələr BMT-ni Qüdsün statusunun müdafiəsinə qalxmağa məcbur edir:

“Heç kim gözləməməlidir ki, türkiyə regionda yeni status-kvonun yaranmasına razılıq verəcək”.

Qüdsün statusu Fələstin-İsrail münaqişəsinin əsas məsələlərindən biridir. İsrail Qüdsü ölkənin “bütöv və bölünməz” paytaxtı hesab edir. Fələstinlilər isə şəhərin şərq hissəsini öz dövlətlərinin paytaxtı elan etmək istəyirlər.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı elan edəcəyini bəyan edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler