» » 2 qadın marketdə özünü partlatdı -

2 qadın marketdə özünü partlatdı - 13 ölü

Bölmə: Dünya
2 qadın marketdə özünü partlatdı -
Nigeriyanın Borno əyalətində “Boko Haram” terrorçu qruplaşmasının 2 qadın üzvü marketdə terakt törədiblər.

“Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, terrorçular marketdə kasıb ailələrə pulsuz ərzaq paylanılan zaman üzərlərinə bağladıqları partlayıcı qurğunu işə salıblar.

Hadisə zamanı 13 nəfər ölüb. Yaralıların sayı barədə məlumat verilməyib.

Qeyd edək ki, “Boko Haram” qruplaşması Borno əyalətində minlərlə insanın ölümünə səbəb olub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler