» » İran və Azərbaycanın sərhəd komandanlarının iclası keçiriləcək

İran və Azərbaycanın sərhəd komandanlarının iclası keçiriləcək

Bölmə: Dünya
İran və Azərbaycanın sərhəd komandanlarının iclası keçiriləcək
Dekabrın 3-də Tehranda İran və Azərbaycanın sərhəd komandanlarının 10-cu iclası keçiriləcək.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bunu İran Sərhəd Qoşunlarının komandanının beynəlxalq məsələlər üzrə müavini general Xəlil Qasimnejad deyib.

Onun sözlərinə görə, iclasın keçirilməsində məqsəd iki ölkənin sərhədçiləri arasında mövcud əməkdaşlıq səviyyəsinin inkişaf etdirilməsidir.

İclas İranın Sərhəd Qoşunlarının komandanı, general Qasem Rza və Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin həmsədrliyi ilə keçiriləcək.

İclasda 2015-ci ildə Bakıda keçirilən 9-cu iclas çərçivəsində qaldırılan məsələlərin reallaşdırılması da müzakirə olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler