Trampa zəng edib soruşacam - ƏrdoğanBölmə: Dünya
Hamburqda bizə “İŞİD-i Suriyadan çıxartdıqdan sonra əlimizdəki seriya nömrələri ilə bütün silahları toplayacağıq” demişdilər. Xalqinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb. “Astana prosesində müəyyən bir məsafə qət edilib. Bu müddət ərzində ABŞ və müttəfiqlərinin nə edəcəklərinə də baxmaq lazımdır. Bir yandan həll üçün müəyyən addımların atıldığı halda, digər tərəfdən ABŞ Suriyaya 4 min zirehli maşın, tank, top və ağır silahlar daxil edib. Bu müddətdə ABŞ Prezidenti Donald Trampla bir telefon danışığımız ola bilər. Hansı qənaətə gəliblər, nə etmək istəyirlər, özlərindən dinləyək. Bu silahları hələ də nə üçün göndərirlər? İŞİD deyirdilər, ancaq indi İŞİD adlı bir şey qalıbmı?” - Ərdoğan bildirib. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|