"Türkiyə NATO-da üzvlüyünü davam etdirəcək” - Baş nazirin müaviniBölmə: Dünya
“Türkiyə NATO-da üzvülüyünü davam etdirəcək”. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə baş nazirinin müavinin Bəkir Bozdağ Nazirlər Kabinetinin toplantısından sonra NATO ilə gələcək münasibətlərindən danışarkən bildirib. “NATO rəsmiləri Türkiyəyə qarşı olan dairələrin alyansa təsir etməsinə və qurumla bağlı işlərə müdaxilə etməsinə, fəaliyyətinə mənfi təsir göstərməsinə imkan verməməlidir. Türkiyəyə qarşı fəaliyyət göstərən terror qruplaşmalarının NATO-dan istifadə etməsi qəbul olunmazdır”, -deyə Bəkir Bozdağ vurğulayıb. Baş nazirin müavini qeyd edib ki, Türkiyə NATO-nun aparıcı üzvlərindəndir: "Bundan sonra da alyansda fəaliyətimizi davam etdirəcəyik. Ancaq türk millətinə, dövlətinə, Qazi Mustafa Kamal Atatürkə və Rəcəb Tayyib Ərdoğana qarşı hücumu, alçaqlığı da qəbul etməyimiz mümkün deyil”. Qeyd edək ki, ötən həftə NATO-nun təlimində əməkdaşlarından biri Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkü və hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın şəkilləri hədəf kimi seçilib. NATO-nun baş katibi Yen Stoltenberq hadisə ilə Türkiyədən üzr istəyib. |
XƏBƏR LENTİ
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|