» » Rusiyalı oliqarxın yaxtası Floridaya yan aldı:

Rusiyalı oliqarxın yaxtası Floridaya yan aldı: Tramp ailəsi ilə ziyafət?

Bölmə: Dünya
Rusiyalı oliqarxın yaxtası Floridaya yan aldı:
Kremlə yaxın rusiyalı oliqarx-milyarder Roman Abramoviçin yaxtası ABŞ-ın Florida ştatından Palm-Biç limanına daxil olub.

Virtualaz.org Amerika KİV-lərinə istinadən xəbər verir ki, dünyanın ən bahalı yaxtalarından biri olan “Eclipse” limanda dekabrın əvvəllərinə qədər qalacaq.

Maraqlıdır ki, Palm-Biçdə prezident Donald Tramp və ailəsi noyabrın 23-də Şükran bayramını qeyd etməyə hazırlaşır. Abramoviçin isə Tramp ailəsi ilə əlaqələri var.

Bundan əvvəl Trampın kürəkəni Jared Kuşner və onun arvadı İvanka Tramp Abramoviçlə dəfələrlə dostyana görüşüblər, birgə ziyafətlərə qatılıblar. Bu görüşlərə Abramoviç o vaxt birlikdə olduğu keçmiş arvadı Darya Jukova ilə birlikdə qatılıb.

Abramoviçin yaxtasının Tramp ailəsinin bayram keçirəcəyi kurort şəhərinə yan alması Amerika mediasının diqqətini dərhal cəlb edib. Çünki hazırda Tramp-Rusiya əlaqələri və Rusiyanın Amerika seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat dərinləşməkdədir.

“Eclipse” yaxtasının uzunluğu 162.5 metr, dəyəri yarım milyard dollara yaxındır. Yaxtanın özünün ayrıca sualtı qayığı da var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler