Şükürün ABŞ-da lüks həyatı - 3 milyonluq villa, “Lexus”, “Volkswagen”...+ FotolarFətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə ittiham olunan türkiyəli keçmiş futbolçu və sabiq millət vəkili Hakan Şükür ABŞ-ın San-Fransisko şəhərində görüntülənib. “Xalqinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2015-ci il noyabrın 19-da ABŞ-a gedən Hakan Şükür orada lüks həyat yaşayır. Belə ki, o, San-Fransiskonun önəmli mərkəzlərindən olan Palo Altoda ən çox insanların toplaşdığı prospektdə “tuts Bakery-Café” adlı kafe-restoran açıb. Kafenin yerləşdiyi lüks ərazidə bir çox məşhur şəxs yaşayır, onun yaxınlığında isə “Apple” kimi bir neçə texnoloji şirkətin ofis və mağazaları, “Stanford Universiteti” kimi önəmli mərkəzlər var. Şükür kafeni həyat yoldaşı Beyda ilə idarə edir. O, 3 milyon dollar məbləğində villada yaşayır. Evin aylıq kirayəsi 6 min 850 dollar təşkil edir. H. Şükür “Lexus”, “Mercedes”, “Volkswagen” markalı avtomobillərə sahibdir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|