» » Argentina sahillərində göyərtəsində 44 nəfər olan sualtı qayıq itib

Argentina sahillərində göyərtəsində 44 nəfər olan sualtı qayıq itib

Bölmə: Dünya
Argentina sahillərində göyərtəsində 44 nəfər olan sualtı qayıq itib
Argentina Hərbi Dəniz Qüvvələrinə məxsus “San-Xuan” sualtı qayığı müəyyən edilmiş vaxtda ölkənin sahilinə çıxmayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə günü, noyabrın 17-də, “Gaceta marinera” qəzeti məlumat yayıb.

1985-ci ildə Almaniyada inşa edilən sualtı qayığın göyərtəsində 44 ekipaj üzvü var. Son məlumata əsasən, San-Xuan Uşuayidən Mar-del-Platuya istiqamətlənib və San-Xorxe körfəzinin ərazisində yoxa çıxıb.

Axtarışlara Argentinanın hərbi gəmiləri və ölkə aviasiyası cəlb edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler