» » Putin-Ərdoğan görüşü başa çatdı - Yeniləndi

Putin-Ərdoğan görüşü başa çatdı - Yeniləndi

Bölmə: Dünya, MANŞET
Putin-Ərdoğan görüşü başa çatdı - Yeniləndi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfəri öncəsi İstanbulun Atatürk aeroportunda jurnalistlərə açıqlama verib.

Xalqinfo.az xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan ilk olaraq, dünən axşam saatlarında baş verən və 400-dən çox insanın ölümünə, 5000-dən çoxunun isə yaralanmasına səbəb olan İraq-İran sərhədindəki zəlzələdən danışıb:

“Zəlzələ nəticəsində ölənlərin ailələrinə və yaxınlarına baş sağlığı, yaralılara isə təcili şəfalar diləyirəm. Hadisədən dərhal sonra Türkiyə İraqdakı qardaşlarımıza dətək olmaq üçün hərəkətə keçdik. Səhər saatlarında 50 TIR-lıq yardım karvanı İraq sərhədini keçdi”.

Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşünə də diqqət çəkib:

“Rusiya ilə ticarət dövriyyəmizin həcmini 100 milyard dollar müəyyənləşdirmişdik. Bu fikirdə qalmağa davam edəcəyik. Putinlə viza məsələsi ilə bağlı müzakirələrimiz olacaq. Bundan başqa, onunla Dağlıq Qarabağ münaqişəsi ətrafında da fikir mübadiləsi aparacağıq”.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya yola düşüb.

Ərdoğanı İstanbulun Atatürk aeroportunda dövlət və hökumət rəsmiləri yola salıb.

***

Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

Xalqinfo.az xəbər verir ki, məhdud çərçivədə keçirilən görüşdən sonra geniş tərkibdə görüş olacaq, daha sonra dövlət başçıları birgə bəyanatla çıxış edəcəklər.

Türkiyə tərəfdən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar və Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.

V. Putin görüşdə bildirib ki, Moskva və Ankara münasibətləri praktiki olaraq tam bərpa olunmuş sayıla bilər. R. T. Ərdoğan isə deyib ki, Rusiya və Türkiyə münasibətləri hər an inkişaf edir.

***

Moskva və Ankara münasibətlərini tam həcmdə bərpa olunmuş hesab etmək olar.

Bunu Rusiya prezidenti Vladimir Putin Soçidəki iqamətgahında türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğanla keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, bu ilin 8-9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin tənəzzülündən sonra üç dəfədən çox artıb. Rusiya prezidenti qeyd edib ki, ölkəsi Türkiyə ilə praktiki olaraq bütün istiqamətlərdə, o cümlədən Suriya münaqişəsinin nizamlanmasında iş aparır. Putin türkiyəli həmkarına Rusiyaya səfər etdiyinə görə təşəkkürünü bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında regional məsələlərin həllində ikitərəfli əməkdaşlığa diqqəti yönəldib:

"Moskva və Ankara arasında siyasi, hərbi və iqtisadi-ticarət sahələrində münasibətlər günü gündən inkişaf edir. Yüksək səviyyədə təmaslar həyata keçirilir. Əminəm ki, bu gün ki görüş də məhsuldar olacaq".

***

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təkbətək görüş başa çatıb.

Liderlərin Rusiyanın Soçi şəhərindəki görüşü 2 saat 10 dəqiqə davam edib.

Putin-Ərdoğan görüşü başa çatdı - Yeniləndi
Putin-Ərdoğan görüşü başa çatdı - Yeniləndi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler