» » Şahzadələrin həbsinin pərdəarxası -

Şahzadələrin həbsinin pərdəarxası - Səudiyyə KİV

Bölmə: Dünya
Şahzadələrin həbsinin pərdəarxası -
Ər-Riyadda həbs edilən xeyli sayda şahzadə, habelə işdən çıxarılan yüksək dövlət məmurları ölkədən böyük miqdarda pul çıxarmaq istəyib.

Xalqinfo.az xarici mediaya istinadla xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsi Səudiyyə Ərəbistanında həyata keçirilən həbslər və vəzifədən çıxarmalarla bağlı açıqlama verib. Qeyd edilib ki, rüşvət və korrupsiya ilə mücadilə ölkədə bütövlüyü saxlayacaq və inkişafın önünü açacaq. Bu mücadilə sosial bir tələbdir və ölkənin irəliləməsinə böyük təsir göstərəcək.

Səudiyyə mediasının xəbərlərinə görə, ölkənin İqtisadiyyat naziri Məhəmməd əl-Jada bəyan edib ki, heç kimin qanun qarşısında ayrıca hüququ yoxdur:

“Hər şey qanunlar çərçivəsində olacaq. Yerli və beynəlxalq qanunlar çərçivəsində səudiyyəli və xarici iş adamlarına cəzalar tətbiq olunacaq”.

Səudiyyənin Baş prokuroru Şeyx Səid Mojeb isə deyib ki, rüşvət və korrupsiya ilə bağlı araşdırma sona qədər aparılacaq:

“Səudiyyə Ərəbistanı xalqının haqlarını qorumaq üçün mübarizə davam edəcək”.

Yerli mediada çıxan xəbərlərə görə, krallıqda geniş şəkildə aparılan araşdırmalar, həbslər və işdən çıxarmalar nəticəsində ölkədən qaçırılan və ya qaçırılması gözlənilən pulların izinə düşülüb.

Krallığın vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın yaratdığı Rüşvət və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin yaydığı açıqlamada qeyd edilib ki, müəyyən edilən və qanunsuz olaraq ölkədən çıxarılması istənilən pulların üzərinə əl qoyulub. Bu istiqamətdə şübhəli şirkətlərlə bağlı araşdırmalar dərinləşdirlib.

Yerli media Məhəmməd Bin Salmanın rəhbərliyi altında qurulan komissiyaya “Yeni möhtəşəm komitə” adını verib.

Bundan başqa, Tvitterdə açılan “Kral rüşvətlə mübarizə aparır” qrupuna yalnız bazar günü 700 min insan baxıb.

O da qeyd edilir ki, vəliəhd şahzadə Məhəmməd Bin Salmanın bir neçə gün əvvəl verdiyi müsahibədə “Nə şahzadələr, nə də nazirlər qanunlardan üstündür” ifadəsi ölkə mediasının baş xəbəri olub.

Müəyyən edilib ki, Krallığın Mühafizə Birliyi komandanı Əmr Mutab bin Abdullah bin Abduləziz vəzifədən çıxarıldıqdan sonra kral ailəsinin bir çox üzvlərinin mühafizəçilərinin sayı kəskin azaldılıb.

Ölkənin giriş və çıxışlarına sərt nəzarət tətbiq edildiyi, gömrük qapıları və hava limanlarında nəzarətin gücləndirildiyi də xəbərlər sırasındadır. Xüsusilə şahzadələrin uçduqları Kral hava yollarına aid hava limanlarında heç kiminin uçuş həyata keçirməsinə icazə verilmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler