» » 11 şahzadə oteldə mühasirədədir - Biri Tvitterin səhmdarıdır

11 şahzadə oteldə mühasirədədir - Biri Tvitterin səhmdarıdır

Bölmə: Dünya, MANŞET
11 şahzadə oteldə mühasirədədir - Biri Tvitterin səhmdarıdır
Səudiyyə Ərəbistanında son illərin ən böyük siyasi böhranı yaşanır.

Xalqinfo” xəbər verir ki, ötən gün baş tutan antikorrupsiya əməliyyatı çərçivəsində 11 şahzadə, 4 nazir, Tv sahibləri və iş adamları da daxil olmaqla 38 nəfər saxlanılıb. Əməliyyatın arxasında iqtidarını möhkəmləndirmək və həyata keçirəcəyi islahatlara zəmin hazırlamaq istəyən 32 yaşlı səudiyyəli vəliəhd şahzadə bin Salmanın dayandığı deyilir.

Səudiyyə Ərəbistanının baş prokuroru şeyx Suud əl Mucib şübhəlilərin istənilən ölkə vətəndaşı ilə eyni haqqa sahib olduğunu və onlara fərqli münasibət göstərilməyəcəyini bildirib.

Saxlanılanlar arasında Tvitterin ikinci ən böyük səhmdarı, 17 milyardlıq sərvətin sahibi olan şahzadə Əl Valid bin Talad da var.

Bundan başqa, terror təşkilatı Əl-qaidənin lideri Usama bin Ladinin böyük qardaşı, inşaat şirkətlərinin rəhbəri Bakr bin Ladinin də adı bu siyahıdadır.

Yüksək vəzifəlilərin ölkəni tərk etməsinə mane olmaq üçün hava limanlarında özəl təyyarələrin uçuşuna qadağa qoyulub. Bu isə həbslərin artacağı ehtimalını istisna etmir.

Şübhəlilər paytaxt Riyaddakı Ritz-Carlton Otelində saxlanılır. Dünən etibarən otelə gedən bütün telefon xətləri kəsilib.

11 şahzadə oteldə mühasirədədir - Biri Tvitterin səhmdarıdır
11 şahzadə oteldə mühasirədədir - Biri Tvitterin səhmdarıdır

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler