» » Kiyevdə etirazlar davam edir, bu gün həlledici ola bilər

Kiyevdə etirazlar davam edir, bu gün həlledici ola bilər

Bölmə: Dünya
Kiyevdə etirazlar davam edir, bu gün həlledici ola bilər
Ukraynanın paytaxtı Kiyevdə Ali Rada qarşısında etiraz aksiyaları 3-cü gündür ki, davam edir.

“Xalqinfo” Ukrayna KİV-nə istinadən xəbər verirki, etirazçılar bu günün həlledici olacağına, deputatların onların tələblərinə baxacaqlarına ümid edirlər.

Etirazçıların əsas tələbləri isə antikorrupsiya məhkəməsinin yaradılması, deputat toxunulmazlığının ləğvi və yeni seçki qanununun qəbuludur.

Aksiyanın təşkilatçıları arasında Odessanın eks-qubernatoru Mixail Saakaşvili də var.

Qeyd edək ki, prezident Petro Poroşenko ötən gün mitinqin təşkilatçıları olan deputatlarla görüşməkdən imtina edib. Hüquq-mühafizə orqanları isə qarşıdurma nəticəsində 11 nəfəri saxlayıblar.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler