» » Prezidentin mühafizəsi gücləndirildi

Prezidentin mühafizəsi gücləndirildi

Bölmə: Dünya
Prezidentin mühafizəsi gücləndirildi
Ukraynanın hüquq-mühafizə orqanları ölkə Prezidenti Petro Poroşenkonun iqamətgahının mühafizəsini gücləndirib.

Unikal.org xəbər verir ki, bu barədə Ali Radanın "Özünəyardım" fraksiyasının deputatı Viktoriya Voytsitskaya "Facebook" səhifəsində məlumat verib.

"Müxalifətin etiraz aksiyasının keçirildiyi Kiyevin mərkəzində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi normaldı, amma daha prezident iqamətgahının qarşısına, ətrafına bu qədər insan, texnika yığmağın mənası nədir?!" - o yazıb

Qeyd edək ki, etiraz aksiyasının iştirakçıları oktyabrın 17-də axşam Ali Radanın binası yaxınlığında çadır qurub. Buna qədər isə etirazçılar hüquq-mühafizə orqanları əməkdaşlarından maneələri alıb və onları Qruşevski və Lipski küçələrinin kəsişməsinə yerləşdirib. Aksiya iştirakçıları deputat toxunulmazlığının ləğvini, ölkədə antikorrupsiya məhkəməsinin yaradılmasını, eləcə də seçki qanunvericiliyinin dəyişdirilməsini tələb edirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler