» » “Saakaşvilinin əsl məqsədi hakimiyyəti ələ keçirməkdir” -

“Saakaşvilinin əsl məqsədi hakimiyyəti ələ keçirməkdir” - Prezidentin partiya lideri

Bölmə: Dünya
“Saakaşvilinin əsl məqsədi hakimiyyəti ələ keçirməkdir” -
Odessanın keçmiş qubernatoru, “Yeni güclərin hərəkatı” partiyasının lideri Mixail Saakaşvilin tərəfdarları Ukraynada hakimiyyəti nəyin bahasına olursa-olsun ələ keçirməyə çalışırlar.

“Xalqinfo” xəbər verir ki, belə bir iddia ilə prezidentin parlamentdəki “Petro Poroşenko bloku”nun rəhbəri Artur Qerasimov çıxış edib:

“Mən daha da əmin oluram ki, nə Saakaşvili, nə də onun tərəfdarları irəli sürdükləri tələblərin yerinə yetirilməsini qarşıya məqsəd qoymayıblar. Onların əsl məqsədləri nəyin bahasına olursa-olsun hakimiyyəti ələ keçirmək üçün Ukraynada real genişmiqyaslı qeyri-sabitlikdir”.

Qeyd edək ki, ötən gün minlərlə insan əllərində bir sıra partiyaların, o cümlədən Saakaşvilinin partiyasının bayrağı ilə Ali Radanın qarşısına toplaşaraq etiraz aksiyasına başlayıblar. Onlar deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini, həmçinin antikorrupsiya məhkəməsinin yaradılmasını tələb ediblər. Saakaşvili bildirib ki, əgər istəkləri yerinə yetirilməsə, nümayişçilər prezident Poroşenkonun istefasını tələb edəcəklər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler