» » Ermənistanda səs-küylü qətl:

Ermənistanda səs-küylü qətl: diaspor nümayəndəsi kabinetində güllələndi

Bölmə: Dünya
Ermənistanda səs-küylü qətl:
Son günlər odlu silahla törədilən cinayətlərin artdığı Ermənistanda daha bir səs-küylü qətl törədilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bir az əvvəl erməni diasporunun aparıcı nümayəndələrindən biri, “Aparan” şirkətinin baş direktoru, 54 yaşlı Andranik Nikosyan öz kabinetində güllələnib. Ona tapançadan bir neçə dəfə atəş açılıb. Qətlin motivi hələ bəlli deyil. Qatil isə saxlanılıb, hazırda istintaq altındadır.

İrəvanın 50 km-liyindəki Aparan şəhərində anadan olmuş A.Nikosyan Ukraynanın Zakarpatye vilayətindəki erməni ittifaqının sədri olub. O, boks üzrə SSRİ çempionu kimi SSRİ yığmasının üzvü kimi yarışlara qatılıb, həmçinin Avropa çempionatının mükafatçısı kimi tanınıb. Ukraynaya isə 90-cı illərin ortalarında köçüb. Bundan sonra Zakarpatyedə “Ararat” mədəniyyət mərkəsinə rəhbərlik edib. O, həmçinin saxta “erməni soyqırımı” xatirə abidəsinin qoyulmasının təşəbbüskarı olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler