» » Türkiyə İraqın şimalına hava məkanını bağlayır

Türkiyə İraqın şimalına hava məkanını bağlayır

Bölmə: Dünya
Türkiyə İraqın şimalına hava məkanını bağlayır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb.

Xalqinfo.az “Report”a istinadən xəbər verir ki, toplantı 1 saat 40 dəqiqə sürüb.

Toplantıda ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması, İraqın şimalına Türkiyə Hava məkanının bağlanması, İraqın şimal bölgəsi ilə həmsərhəddə yerləşən İbrahim Halil buraxılış məntəqəsinin bağlanması hökumətə tövsiyə edilib.

Toplantıda Fətullahçı Terror Təşkilatı , PKK (onun Suriyadakı qolları “PYD” və “YPG”), İŞİD başda olmaqla bütün terror qruplaşmalarına qarşı mübarizə dəyərələndirilib.

Rəsmi Bağdadın ölkədə konstitusiyanın suverenliyini təmin edilməsi, xüsusilə Kərkükdə atdığı addımlar dəyərləndirilərək, İraqın ərazi bütövlüyünün dəstəklənməsi bir daha vurğulanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler