» » Qırğızıstanda prezident seçkiləri başa çatıb

Qırğızıstanda prezident seçkiləri başa çatıb

Bölmə: Dünya
Qırğızıstanda prezident seçkiləri başa çatıb
Bu gün Qırğızıstanda keçirilən növbəti prezident seçkilərində səsvermə prosesi başa çatıb.

“Xalqinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 20.00-da bağlanıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyası səsvermədə 1 milyon 557 min 225 seçicinin iştirak etdiyini, seçici fəallığının 40,12 faiz olduğunu açıqlayıb.

Səsvermədə hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov liderlik edir. Belə ki, o, sayılması başa çatmış 1,5 milyondan çox səsin 885 min 649-nu (55 faiz) qazanıb.

S. Jeenbekovdan sonra ən çox səs toplayan ikinci namizəd isə müxalifət partiyadan olan Omurbek Babanovdur. Siyasətçi 529 min 118 səs toplayıb ki, bu da səslərin 33 faizi hesab olunur.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler