» » Tehran: İran ballistik raketlərinin sərrastlığını artırır

Tehran: İran ballistik raketlərinin sərrastlığını artırır

Bölmə: Dünya
Tehran: İran ballistik raketlərinin sərrastlığını artırır
İran nüvə silahına sahib olmaq deyil, ballistik raketlərinin sərrastlığını artırmaq məqsədi ilə sınaqları keçirir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ABŞ-ın “Newsweek” nəşrinə müsahibəsində bildirib.

O qeyd edib ki, İranın arsenalındakı ballistik raketlər ölkənin müdafiəsini təmin etmək üçün istehsal olunub və nüvə silahı kimi istifadə üçün tamamilə uyğunsuzdur.

“Biz raketlərin sərrastlığını artırmaq məqsədi ilə onları sınaqdan keçirməkdə davam edirik. Əgər raket nüvə silahı kimi istifadə üçün istehsal edilibsə, belə halda sərrastlığa gərək yoxdur. İranın sahib olduğu ballistik raketlər qeyri-nüvə başlıqların quraşdırılması üçün nəzərdə tutulub”, - deyə nazir qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler