» » İsrail baş naziri rüşvət qalmaqalı ilə üzləşib

İsrail baş naziri rüşvət qalmaqalı ilə üzləşib

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
İsrail baş naziri rüşvət qalmaqalı ilə üzləşib
srail baş naziri Benyamin Netanyahu ölkəsində yeni rüşvət ittihamına məruz qalıb.

Bu dəfə söhbət onun yaxın dostu, dünyaca məşhur kinoprodüsser Arnon Milçendən qiymətli hədiyyələr almasından gedir.

Bununla bağlı olaraq ABŞ-ın “The Wall Street Journal” qəzetində maraqlı yazı dərc olunub.

Məqalə müəllifi Rori Cons Arnon Milçenin vaxtilə İsrail kəşfiyyatının da agenti olduğunu da xatırladıb.

Məlumat üçün qeyd edək ki, Arnon Milçen Hollivud aləmində tanınmış simadır. O, “New Regency Films” şirkətinin sahibidir.

Arnon Milçenlə bağlı digər maraqlı məqam onun 60-cı illərdə kəşfiyyata çalışması ilə bağlıdır. Həmin illərdə o, İsrailin müdafiə nazirinin müavini, sonradan baş nazir və prezident vəzifələrini tutan Şimon Peres tərəfindən kəşfiyyat işinə çəklib.

Xarici medianın bildirdiyinə əsasən, London “İqtisadi və siyasi elmlər məktəbi”ni bitirən Milçen İsrailin gizli kəşfiyyat agentliyi sayılan “Lakam”da fəaliyyət göstərib. Milçenin əsas fəaliyyəti İsrailin nüvə silahları üçün texnologiya və materialların, habelə digər gizli yüksək texniki nailiyyətlərin əldə edilməsindən ibarət olub.

Daha sonra, 1977-ci ildən kinoprodüsserlik fəaliyyətinə başlayan Milçen Roman Polanski, Maritn Skorseze, Terri Gilliyam, Oliver Stoun, Sercio Leone kimi rejissorlarla əməkdaşlıq edib və onların çəkdiyi filmlərin istehsalında böyük rol oynayıb.

Arnon Milçen bunun sayəsində multi milyarderə çevrilib. “Forbes”-ın 2014-cü ilə verdiyi məlumatda onun sərvətinin 4,7 milyard dollar olduğu göstərilib.

Milçenin prodüsserliyi ilə 130-dan çox film çəkilib, onların içərisində tamaşaçılara yaxşı tanış olan “Bir dəfə Amerikada”, “Nuh”, “Gözəlçə”, “12 illik köləik” kimi filmlərin adlarnını çəkmək olar. Arnon Milçen “12 illik köləlik” filminə görə prodüsser kimi Oskar mükafatına da layiq görülüb.

İsrailli prodüsser həm də öz ölkəsinin siyasi liderləri ilə geniş dostluq əlalərinə malikdir. Məhz bu dostluq Netanyahunun başını ağrıda bilər.
“Bu ilin sentyabr ayında İsrail polisi onu baş nazirə bahalı hədiyyələr verməsi ilə bağlı sorğu suala tutub”, “The Wall Street Journal”-ın məqaləsində deyilr.

Məqalə müəllifinin yazdığına əsasən Netanyahu hazırda iki fakta görə rüşvət alma ittihamı ilə üzləşib və bunlardan biri də Arnon Milçenin istintaq edildiyi hadisə ilə bağlıdır. Doğrudur İsrail baş naziri özünü təqsirli hesab etmir. “Qanunla dostlardan hədiyyə almaq icazə verilib”, o, Knessetdə (İsrail parlamneti-red.) çıxışında bəyan edib.

Milçenin nümayəndəsi isə çıxan xəbərləri nə təsdiq, nə də təkzib edib.

İsrail mediasının yazıdğına görə, kinoprodüsserin Netanyahuya etdiyi hədiyyələr arasında bahalı siqarlar və dəyəri bir neçə on min dollarla ölçülən şərablar da var. Lakin Arnon Milçen adəti üzrə olduğu kim “əl-əli yuyar, o da üzü” prinsipi ilə hərəkət edib.

Belə ki, Milçen bu hədiyyələrin müqabilində Netanyahu vasitəsilə ABŞ-ın keçmiş dövlət katibi Con Kerridən iş vizasının uzadılmasını xahiş edib.

2014-c ildə Netanyahu həqiqətən dövlət departamentinin rəsmilərindən belə bir ricanı edib. Lakin Departament Milçenin vaxtilə İsrail kəşfiyyatında çalışmasından ehtiyat edərək ona 10 illik deyil, cəmi 1 illik viza veriblər. Lakin ən sonda Netanyahunun israrları ilə Milçen 10 illik vizanı da almağa müvəffəq olub.

İsrail polisi baş nazirlə bağlı başqa bir işi də araşdırır. Buna görə Netanyahu bir qəzetlə anlaşaraq özü haqqıında müsbət rəylərin və yazıların dərc olunmasına nail olubmuş Bunun yerinə baş nazir həmin qəzetin rəqibi olan digər media orqanının nüfuzunun zəiflədilməsinə çalışacağını boynuna götürdüyü iddia edilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler