» » Putinin Yaxın Şərqdəki qumarı bölgədə heyrətamiz alyanslar yaradıb -

Putinin Yaxın Şərqdəki qumarı bölgədə heyrətamiz alyanslar yaradıb - Qərb mətbuatı

Bölmə: Dünya
Putinin Yaxın Şərqdəki qumarı bölgədə heyrətamiz alyanslar yaradıb -
“Suriya avantürasında riskə getmək Rusiya prezidentini bölgənin yeni rəisinə çevirdi”

“Vladimir Putin Yaxın Şərqin yeni rəisidir”, - İtaliyanın “La Repubblica” qəzetinin məqaləsinin başlığı belədir.

Məqalənin müəllifi Alberto Stabilenin yazdığına görə, Putin Rusiyanı Yaxın Şərqə təbil və şeypur sədaları altında təntənə ilə qayıtımasını təmin etdi.

“Bir çoxları Rusiya prezidentini təcrübəli qumar oyunçusu kimi tanıyır. Əgər onun riskə getmək həvəsi olmasaydı, 2015-ci ildə Obamanın tərəddüdündən, Avropadakı ziddiyyətlərdən istifadə edib Suriyaya girməzdi”, - müəllif qeyd edir.

İspaniyanın “El Mundo” qəzeti isə Vladimir Putinin ABŞ-ın bölgədəki müttəfiqlərini ələ aldığını yazır.

“Moskva qeyri-mümkün alyanslara deyil, heyrətamiz ittifaqlara inanır. Səudiuyə kralı Salmanın Rusiyaya rəsmi səfəri də bunu göstərir”, - yazı müəllifi Xaviyer Kolas qeyd edir.

Müəllifin fikrincə, bu vaxta qədər Rusiya prezidenti və Səudiyyə Ərəbistanı kralı bir-biri ilə hər şeydə və hər yerdə rəqabət halında olub.

“Lakin ABŞ-ın Yaxın Şərqdə əsas oyunçu olmaq funksiyasından tədricən vaz keçməsi Ər-Riyadı enerji sektorunda sakit və təhlükəsiz gələcəyi təmin etməyə sövq edib. Söhbət ilk öncə neft, silah və Suriya kimi münaqişələrin həllindən gedir. Bu 3 sahənin hamısında Rusiyanın Yaxın Şərqə geri döndüyü artıq təsbit olunub”, - məqalədə vurğulanır.

“Səudiyyə kralı tarixi düşməni Rusiya ilə daha isti münasibətlər qurmağa çalışır”, - “The New York Times” qəzeti yazır.
İvan Neçepurenko və Ben Habbardın həmmüəllifi olduqları yazıda kral Salmanın Rusiya səfəri onun ABŞ-ın asılılığından qurtulmaq istəyi və beynəlxalq əməkdaşlığı şaxələndimək niyyəti ilə izah olunur.

“Rəsmi səfər həm də Rusiyanın Yaxn Şərqdə getdikcə artan nüfuzunun qəbulu və tanınması, habelə krallığın Suriya prezidenti Bəşər Əsədin iqtidarına səssiz razılığını nümayiş etdirir”, məqalədə qeyd olunur.

Elə Səudyiyyəli analitiklər də bunu gizlətmir.

“Obamanın ABŞ-ın bölgədəki nüfuzunu yerlə-bir edən doktrinası ucbatından Rusiyanın Yaxın Şərqdəki rolunun artması faktını inkar edə bilmərik”, Səudiyyə Ərəbistanının “Arab News” qəzetinin baş redaktoru Faysal Abbas qəzetə bildirib. Faysal Abbas Rusiyanın həm maliyyə, həm də hərbi gücü ilə bölgədəki bərabərliyə nail olduğunu bildirir.

Fransanın “Le Figaro” qəzetinin jurnalisti Aleksis Feyerçak Rusiyanın geopolitikası üzrə mütəxəssis, “Observo” Fransa-Rusiya analitik mərkəzinin direkttoru İqor Delanoenin rəyini alıb. Delanoenin fikrincə, Rusiya Səudiyyə Ərəbistanı və İran arasında yaxınlaşmanın yenidən təmin olunmasına çalışmalıdır.

“Rusiya və Səudiyyə Ərəbistanı həmişə bir-biri ilə üz-üzə gəliblər. Lakin həm hərbi, həm də siyasi meydanda situasiya kökündən dəyişib. İndi səudiyyəlilər üçün Moskva problem deyil, alınan strateji qərarların tərkib hissəsidir”, - Delanoe qəzetə bildirib.

Delanoe Moskvanın Səudiyyələilərdən həm Suriya müxalifətinə, həm də radikal dini qruplara yardımı kəsməsini istədiyin və bu yolda kompromisin əldə olunmasının mümkünlüyünü qeyd edib.

Ekspertin fikrincə, Rusiya heç də Yaxın Şərqdə amerikalıların yerini tutmağa çalışmır. Lakin o, Tehran və Ər-Riyad arasında körpü rolunu oynamaq istəyir. Bu da Kremlə siyasi, hərbi, enerji sahələrində təşəbbüsü ələ almaq və söz sahibi olmaq imkanını bəxş edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler