» » Azərbaycanlı iş adamlarının 2 milyardlıq “iş”i ilə bağlı - Açıqlama

Azərbaycanlı iş adamlarının 2 milyardlıq “iş”i ilə bağlı - Açıqlama

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Azərbaycanlı iş adamlarının 2 milyardlıq “iş”i ilə bağlı - Açıqlama
Xəbər verdiyimiz kimi,“Palmali” Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov həmvətəni, milyarder Vahid Ələkbərovun prezidenti olduğu “LUKoil” şirkətini məhkəməyə verib.

Buna səbəb Rusiya şirkətinin “Palmali” ilə neft məhsullarını öz gəmiləri vasitəsilə daşımaq barədə bağladığı müqaviləyə əməl etməməsidir. Hətta sözügedən şirkətlər arasında buna dair 10 illik müqavilə imzalanıb. Amma ruslar müqavilənin şərtlərinə əməl etməməyə başlayıblar və M. Mənsimov da nəhəng neft şirkətini məhkəməyə vermək məcburiyyətində qalıb. “Palmali” müqavilənin şərtlərinə əməl etməyən qarşı tərəfdən 2 milyard dollar tələb edir.

Müvafiq məsələ ilə bağlı “Palmali” şirkətinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumatda bildirilir ki, bu iddianamə üzrə İngiltərə Ali Məkhəməsində dava açılıb:

“Palmali Gəmiçilik” şirkəti “LUKoil” şirkətinin vəkilləri “Debevoise & Plimpton” hüquq firması vasitəsilə “Palmali” ilə olan müqavilənin şərtlərini pozduğuna görə 2 milyard dollar və digər xərcləri nəzərdə tutan iddianamə üzrə İngiltərə Ali Məhkəməsində dava açıb. Sözügedən məhkəmə prosesində “LUKoil”in şirkətlər arasındakı uzunmüddətli sözləşmədə yükdaşıma ilə bağlı qoyulan şərtlərə əməl etmədiyi bildirilir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler