» » NATO baş katibi Şimali Koreyaya “qlobal cavab” verməyə çağırdı

NATO baş katibi Şimali Koreyaya “qlobal cavab” verməyə çağırdı

Bölmə: Dünya
NATO baş katibi Şimali Koreyaya “qlobal cavab” verməyə çağırdı
NATO baş katibi Yens Stoltenberq Şimali Koreyanın yeni raket sınaqlarını BMT qətnamələrinin düşüncəsiz pozuntusu kimi qiymətləndirib.

Virtualaz.org xəbər verir ki, o, özünün “Twitter” mikrobloqunda yazıb: “Şimali Koreya tərəfindən raket buraxılması BMT qətnamələrinin daha bir düşüncəsiz pozuntusu, beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhlükədir və qlobal cavab tələb edir”.

Bundan az öncə Cənubi Koreyanın prezidenti Mun Çje İn sınaqlara cavab olaraq, Şimali Koreyanı yer üzündən siləcəyi ilə hədələyib.

Qeyd edək ki, ötən gecə Bakı vaxtı ilə saat 02:06-da (yerli vaxtla 07:06) Şimali Koreya raket sınağı keçirib. Raket Yaponiyanın Hokkaydo adasının üstündən keçərək, okeana düşüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler