» » Tanınmış jurnalist vəhşicəsinə döyüldü

Tanınmış jurnalist vəhşicəsinə döyüldü

Bölmə: Dünya
Tanınmış jurnalist vəhşicəsinə döyüldü
Tanınmış fransalı jurnalist Aleksis Kraland dünən Fransanın paytaxtı Parisdə keçirilən kütləvi iğtişaşlar zamanı polis hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, Fransa polisi (CRS) videoçəkiliş edən jurnalisti vəhşicəsinə döyüb. Hadisə anı kameranın obyektivinə tamamən həkk olunub.

Polis əvvəlcə bir gəncin üzərinə hücum edib, sonra isə Kralandı dəyənəklə vurmağa başlayıb. Yerə yıxılan jurnalist dəfələrlə başından zərbə alıb və hadisə yerinə gələn digər polislər də Kralandın üzünə gözyaşardıcı qaz sıxıb.

Hüquq-mühafizə orqanları tərəfindən əvvəlcə saxlanılıb, daha sonra sərbəst buraxılan Kraland sözügedən videonu öz Tvitter səhifəsində paylaşır.

Qeyd edək ki, Kraland Avropada ultrasağçı baxışları ilə tanınan jurnalistdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler