» » İsrailin partlamamış mərmisi 4 yaşlı uşağın həyatını əlindən aldı

İsrailin partlamamış mərmisi 4 yaşlı uşağın həyatını əlindən aldı

Bölmə: Dünya
İsrailin partlamamış mərmisi 4 yaşlı uşağın həyatını əlindən aldı4 yaşlı fələstinli uşağın Qəzza müharibəsindən qalan partlamamış mərmiyə toxunması ölümünə səbəb olub

Dünən Qəzzada İsrailin sonuncu müharibə zamanı endirdiyi aviazərbələr zamanı partlamayan mərmi bir uşağın həyatına son qoyub.

Fələstin səhiyyə nazirliyinin sözçüsü Əşrəf əl-Qidra açıqlamasında bildirib ki, 4 yaşlı Məhəmməd Sami əbu Curadın öldüyü hadisə Qəzzanın Beyt Hanun məntəqəsində baş verib.

Bildirək ki, İsrailin atdığı partlamamış mərmilər tez-tez Qəzzada bu cür faciələrin yaşanmasına səbəb olur. Təkcə atəşkəsdən sonra azı 10 nəfər bu partlayışların qurbanı olub. Avqustda 6 nəfər, sentyabrda 3 nəfər partlamamış mərmilərə toxunduqları üçün həyatlarını itiriblər.

Müşahidəçi qruplar bildirir ki, belə mərmilər xüsusilə uşaqlar üçün çox təhlükəlidir. Onların oyuncaq olduğunu güman edən uşaqlar sonda İsrail hücumlarının növbəti qurbanına çevrilirlər.

Xatırladaq ki, yay aylarında baş verən İsrailin 50 günlük hücumlarında 2150 fələstinli həyatını itirdi, 11200 nəfər yaralandı, 110 min nəfər isə evsiz qaldı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler