» » Saakaşvili Ukraynaya keçdi - Yenilənib+Video

Saakaşvili Ukraynaya keçdi - Yenilənib+Video

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Saakaşvili Ukraynaya keçdi - Yenilənib+Video
Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru və vətəndaşlıqdan çıxarıldığı üçün Polşada yaşamağa başlayan Mixail Saakaşvili öz tərəfdarları ilə birlikdə Ukraynaya keçməyə cəhd göstərib.

Xalqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qatarla uğursuz cəhddən sonra avtobusla sərhədi keçmək istəyən Saakaşvilinin qarşısını almaq üçün polislər “Şeqini” beynəlxalq buraxılış məntəqəsinə gedən yol bağlanılıb.

Bundan başqa, sərhəd məntəqəsinin minalandığı xəbərləri yayılıb.

Buna görə də, məntəqədə böyük növbə yaranıb. Hazırda yüzlərlə insan iki sərhədi keçmək üçün gözləyir.

Məntəqə yaxınlığında Saakaşvilinin tərəfdarları ilə polislər arasında toquşma da olub.

Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır.

***

Saakaşvilinin tərəfdarları polislə qarşıdurmadan sonra barrikadaları keçiblər. Bundan sonra Saakaşvili sərhəd məntəqəsini keçib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler