» » Bu ölkədə bütöv bir kənd otelə çevrilir

Bu ölkədə bütöv bir kənd otelə çevrilir

Bölmə: Dünya, MARAQLI
Bu ölkədə bütöv bir kənd otelə çevrilir
İsveçrənin ən kiçik kəndini otelə çevirməyə hazırlaşırlar.

Axar.az xəbər verir ki, Tiçino kantonundakı Korippo adlı balaca kəndin əsası 6 əsrdən çox bundan əvvəl qoyulub. Lakin hazırda bu kənddə cəmi 16 nəfər yaşayır, hamısı da ahıl adamlardır.

İsveçrənin hakimiyyət orqanları bu qədim kəndi xilas etmək üçün orada mehmanxana yaratmağı, buraya gələn turistlərə mehmanxana nömrələri əvəzinə yerli sakinlərin tərk edib getdiyi evləri təklif etməyi qərara alıblar. Kənddəki binalar qaydaya salınacaq, bərpa olunacaq, müasir sanitariya texnikası ilə təchiz olunacaq. Yeni otelin qeydiyyat otağı yerli barda yerləşəcək.

Tiçino kantonu üzrə turizm ofisinin rəhbəri Elia Frappollinin sözlərinə görə, bu kənd müasir həyatın gərgin ritmindən uzaqlaşıb sakit istirahət etmək istəyənlər üçün əla məkan olacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler