» » Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçirirlər -

Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçirirlər - Fotolar

Bölmə: Dünya
Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçirirlər -
Rusiya paytaxtında yaşayan müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçirirlər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mindən çox çox müsəlman səfirliyin qarşısına toplaşıb.

Onlar Myanmada baş verən müsəlman qırğınına son qoyulmasını tələb edirlər. Aksiya iştirakçıları "Allahu əkbər!" deyə qışqırırlar. Müsəlmanlar etiraz əlaməti olaraq səfirliyin qarşısında namaz qılıblar. Onlar Myanma dövlətini terrorçuluqda və müsəlmanlara qarşı soyqırımı törətməkdə günahlandırırlar.

Myanma səfirliyinin qarşısına çoxlu sayda polis qüvvələri yeridilib. Moskva müsəlmanlarının aksiyası icazəsiz olmasına baxmayaraq, polis mitinqə müdaxilə etmir. Mitinq iştirakçıları Myanma dövlətinin müsəlmanlara qarşı baş verən vəhşiliklər bitməyənə qədər səfirlik qarşısından heç yerə getməyəcəklərini açıqlayıblar.

Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçirirlər -
Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçirirlər -
Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçirirlər -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler