» » Şimali Koreya dünyanı təşvişə saldı -

Şimali Koreya dünyanı təşvişə saldı - Bu dəfə hidrogen bombası...

Bölmə: Dünya
Şimali Koreya dünyanı təşvişə saldı -
Seysmoloqlar Şimali Koreyada yer təkanlarının baş verdiyini qeydə aldıqdan bir neçə saat sonra, Pxenyan altıncı nüvə sınağının uğurla keçirildiyini açıqlayıb.

“Xalqinfo” BBC-yə istinadən xəbər verir ki, rəsmi Pxenyan sınaqdan keçirdiyi nüvə silahının hidrogen bomba olduğunu bəyan edib. Bu növ nüvə bombası adi atom bombasından dəfələrlə güclü və dağıdıcıdır.

BMT-nin sanskiyaları və beynəlxalq təzyiqə baxmayaraq, Pxenyan nüvə silahını inkişaf etdirməkdə davam edir və həmin silahın ABŞ ərazisinə çata bilməsini qarşısına məqsəd qoyub.

Cənubi Koreya hidrometeoroloji agentliyinin bildirdiyinə görə, “süni zəlzələnin” gücü Şimali Koreyada bundan əvvəl keçirilmiş 5-ci sınaq zamanıı qeydə alınmış təkanların gücündən 9,8 dəfə artıq olub.

Şimali Koreyada keçirilmiş sınağı Yaponiya höküməti pisləyib, Cənubi Koreyada isə hadisə ilə bağlı təhlükəsizlik şurasının təcili iclası çağırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler