» » Myanmada 58 min müsəlman Banqladeşə sığınıb

Myanmada 58 min müsəlman Banqladeşə sığınıb

Bölmə: Dünya
Myanmada 58 min müsəlman Banqladeşə sığınıb
Myanmada zülmə məruz qalan Arakan müsəlmanları canlarını qurtarmaq üçün Banqladeşə sığınırlar.

“Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 25 avqustdan etibarən Myanmada Arakan müsəlmanlarına qarşı törədilən silsilə cinayətlər nəticəsində 3 minə yaxın müsəlman öldürülüb.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, işgəncələr səbəbindən bölgədən qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 58 minə çatıb.

Hazırda daha 10 min nəfərin isə iki ölkə arasındakı sərhəddə xilas eilməyi gözləyirlər. Banqladeş hökuməti onların keçidinə icazə vermir.

Qeyd edək ki, Myanmanın qərbində yerləşən Arakan bölgəsində 1 milyondan çox müsəlman yaşayır. Əsasən buddistlərin yaşadığı Myanmada müəlmanlara vətəndaşlıq verilmir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler