» » Daha bir nəfər xalqın gözü qarşısında edam edildi

Daha bir nəfər xalqın gözü qarşısında edam edildi

Bölmə: Dünya
Daha bir nəfər xalqın gözü qarşısında edam edildi
İranda ərli qadını zorlamaqda, adam oğurluğunda və quldurluqda günahlandırılan daha 1 nəfər ictimaiyyət qarşısında edam edilib.

Axar.az xəbər verir ki, ərli qadını zorladığına görə edama, eləcə də quldurluq və adam oğurluğuna görə isə həbsə və şallaq zərbələrinə məhkum edilən müttəhim, avqustun 31-də İranın Bəndər Abbas şəhərində ictimaiyyət qarşısında dara çəkilib. Edam edilən şəxsin adı mediaya açıqlanmayıb.

Son aylarda İranda edamların sayı əvvəlkinə nisbətən bir neçə dəfə artıb. Edam edilənlərin əksəriyyəti isə narkotik maddə qaçaqmalçılığında, qətldə və cinsi təcavüzdə günahlandırılır.

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler