» » Barselonanı qana bulayan terrorçuları vaxtilə hökumət özü azadlığa buraxıbmış

Barselonanı qana bulayan terrorçuları vaxtilə hökumət özü azadlığa buraxıbmış

Bölmə: Dünya, MANŞET
Barselonanı qana bulayan terrorçuları vaxtilə hökumət özü azadlığa buraxıbmış
Xəbər verildiyi kimi, bu yaxınlarda Barselonada baş verən terror hadisəsi 15 nəfərin ölümünə, xeyli insanın yaralanmasına səbəb olub.

İspaniya polisi hadisəni törədənlərin dini radikal təşkilatın üzvü olduğunu artıq təsbit edib.

Lakin məlum olub ki, vaxtilə bu cinayətkarlardan bəziləri terror fəaliyyətində olduqları şübhəsi ilə həbs olunub, lakin sonradan azadlığa buraxılıblar.

“2006-cı ilin yanvarında qəzetlər İspaniyanın Vilanova-i-la Jeltru şəhərində 20 cihadçının tutulması barədə informasiya yayıblar. İspaniya polisi “Çaqqal” kod adı veriən əməliyyatla terrorçuların hamısını ələ keçirməyə müvəffəq olub. 2011-ci ildə isə İspaniya Ali Məhkəməsi onların günahsızılığına dair qərar verərək, hamısını azadlığa buraxıb”.

Barselonanı qana bulayan terrorçuları vaxtilə hökumət özü azadlığa buraxıbmış
















Bu sensasion iddia ilə İspaniyanın “El Mundo” qəzetinin jurnalistləri Kiko Alsedo və Pablo Errais çıxış ediblər.

Məqalədə 20 cihadçının arasında bir nəfərin adının heç kimin diqqətini cəlb etmədiyi, lakin sonradan onun 2017-ci ildə Barselonada qətliam törədən Əbdülbaki əl Satti olduğunun aşkara çıxdığı yazılıb.

Müəlliflər “Çaqqal” əmliyyatının sonradan pozulmasını bir sara amillərlə bağlayıblar:

1. Hər şeydən əvvəl hüquq-mühafizə orqanlarının fəaliyyəti olduqca bərbad səviyyədə koordinasiya edilib. İspaniya polisi və mülki qvardiya 2005-cı ildə bir-birinə xəbər etmədən təhqiqata başlayıb. Məqalədə həmin dövrdə tutulanların vəkili olmuş, adının çəkilməsini istəməyən şəxsin fikirlərinə yer verilib. Onun sözlərinə görə, polis və qvardiya işi birinci bitirmək və təşəkkür almaqdan ötrü elə tələskənliyə yol verib ki, dəlillərin mötəbərliyinə o qədər də diqqət göstərməyiblər. Bu cür araşdırmada isə tələskənlik ən böyük ziyanverici amil sayılır. Məsələn, polisin tutulma protokollarından birində elə yazlıb: “Bizim idarə 5 əsas şəxsi tuta bilmədi. Buna həmin həbsləri həyata keçirən mülki qvardiya mane oldu”.

Barselonanı qana bulayan terrorçuları vaxtilə hökumət özü azadlığa buraxıbmış














2. Uğursuz dinləmə. 2005-ci ilin sentyabrında məhkəmə “nəqliyyat dəstəyi göstərdiyi şübhəsi ilə” əs Sattini telefonlarını dinlənilməsinə razılıq verib. Lakin cəmi 5 ay sonra polis özü məhkəmədən bu istəyini geri çəkib. Onlar bunu Əbdülbaki əs Sattinin diqqəti cəlb edən bir şey danışmaması ilə əsaslandırıblar.

Barselonanı qana bulayan terrorçuları vaxtilə hökumət özü azadlığa buraxıbmış










3. Heç bir işə yaramayan ifadələr. Təqsirləndirilən şəxslərin arasında olan Ömər Budame əs Sattinin Vilanovanın imamı olduğunu, cihad çağırışlarının səsləndirildiyi toplantılarda iştirak etdiyini, həmçinin İraqda 19 İtaliya əsgərini və sonradan özünü öldürən intiharçı Belqasım Belil ilə eyni evdə yaşadığını söyləyib. Lakin məhkəmə bununla bağlı əs Sattiyə heç bir ittiham irəli sürməyib.

4. Nəticədə İspaniya Milli Kollegiyası həmin işlə bağlı 9 şəxsi terrorizm cinayətində təqsirli hesab edib. 2011-ci ildə isə İspaniya Ali Məhkəməsi toplanılan sübutların qeyri-mötəbər və səmərəsiz olması, habelə ittiham tərəfinin arqumentlərinin qeyri-dəqiq, hədəfdən yayınan və açıq-aşkar mücərrəd olması səbəbindən onları azadlığa buraxıb.(musvat.com)

Nəticə isə göz qabağındadır..

Barselonanı qana bulayan terrorçuları vaxtilə hökumət özü azadlığa buraxıbmış
Barselonanı qana bulayan terrorçuları vaxtilə hökumət özü azadlığa buraxıbmış
Barselonanı qana bulayan terrorçuları vaxtilə hökumət özü azadlığa buraxıbmış

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler