» » İŞİD-in ən böyük dəstəsi məhv edildi

İŞİD-in ən böyük dəstəsi məhv edildi

Bölmə: Dünya
İŞİD-in ən böyük dəstəsi məhv edildi
Suriya hökumət ordusu Rusiya Hava-Kosmik Qüvvələrinin dəstəyi ilə Yevfrat çayı vadisində "İslam dövləti" döyüşçülərinin böyük bir qruplaşmasını darmadağın edib.

Xalqinfo.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə bazar günü Rusiya Müdafiə Nazirliyinə istinadən TASS məlumat yayıb.

Əməliyyat nəticəsində 800-dən çox ekstremist məhv edilib. Bundan başqa, Suriya ordusu İŞİD-in 13 tankını, böyuk kalibrli pulemyotlar quraşdırılmış 39 pikapını, eləcə də 9 minaatanını və artilleriya topunu tam sıradan çıxarıb.

Məlumatda o da qeyd olunub ki, məhv edilən dəstə terrorçuların ən yaxşı silahlarla təchiz olunmuş və xüsusi hazırlıqlar keçmiş qruplaşmalarından biri idi.

Xəbərdə həmçinin vurğulanıb ki, indi ordu Yevfrat çayının şərq sahili boyunca Deyr-ez-Zor istiqamətində hücumlarını davam etdirir. Hədəf şəhəri mühasirədən çıxarmaq və Suriya torpağındakı İŞİD terrorçularının son qalasını tam məhv etməkdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler