» » Nazranda qanunsuz işləyən 24 azərbaycanlı saxlanılıb

Nazranda qanunsuz işləyən 24 azərbaycanlı saxlanılıb

Bölmə: Dünya
Nazranda qanunsuz işləyən 24 azərbaycanlı saxlanılıb
Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Nazran şəhərinin Martazanov küçəsindəki tikinti obyektində reyd keçirib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, reyd zamanı obyektdə onlarla əcnəbinin qanunsuz işləməsi faktı aşkarlanıb.

İşçilər polis əməkdaşları tərəfindən saxlanılıb və onlar məlumat bazaları üzrə yoxlanılıblar.

Saxlanılanlar barəsində İnzibati Qanun Pozuntusu Kodeksinin "Rusiya Federasiyasında əmək fəaliyyətinin qanunsuz olaraq xarici vətəndaş tərəfindən həyata keçirilməsi" maddəsi üzrə inzibati protokollar tərtib olunub. Hazırda həmin işçiləri Rusiyanın sərhədləri hüdudlarından çıxarılma və beş min rubl miqdarında cərimə gözləyir.

Polis tərəfindən inzibati sənədlər tərtib edilib və qanunsuz əmək fəaliyyəti ilə məşğul olanlar Maqasskiy Rayon Məhkəməsinə verilib. Bununla yanaşı, əcnəbiləri əməyə qanunsuz cəlb etmiş inşaat firması barədə də inzibati tədbirlər görülüb.

Məlumata görə, saxlanılanlar arasında iyirmi dörd Azərbaycan vətəndaşı da var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler