» » “Gənc liderlər sülhməramlı olmalıdır” -

“Gənc liderlər sülhməramlı olmalıdır” - Bolqarıstanın keçmiş rəhbəri

Bölmə: Dünya
“Gənc liderlər sülhməramlı olmalıdır” -
Bu gün Bakıda Qlobal Gənc Liderlər Forumu öz işinə başlayıb.

Modern.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Səragəldin açıb və forumun əhəmiyyətindən danışıb.

Sessiyada çıxış edən Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev planetin gələcəyinin gənc liderlərlə birlikdə qurulacağını söyləyib:

"Biz gənclərlə birlikdə planetin gələcəyini daha gözəl edə bilərik. Gənc liderlər sülhməramlı olmalı, müharibəyə qarşı çıxış etməli, dünyanı düzgün istiqamətləndirməlidirlər".

Ukraynanın sabiq birinci xanımı (2005-2010) Katerina Yuşenko elektron hökumət quruculuğunun şəffaflığın təmin edilməsində önəmini qeyd edib: "Hazırda tibb sahəsində sürətli inkişaf müşahidə olunur. Biogenetikanın inkişafı da qeyd olunmalıdır. Kompüterlər tibbi xidmətlərin daha səmərəli olmasına yol açacaq. Biz isə əsas səylərimizi azadlığa yönəltməli və innovasiyalara əlçatanlığı təmin etməliyik".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler