» » Terrorçular Barselonada kilsəyə hücum etməyi planlaşdırırmışlar


Terrorçular Barselonada kilsəyə hücum etməyi planlaşdırırmışlar

Bölmə: Dünya
Terrorçular Barselonada kilsəyə hücum etməyi planlaşdırırmışlar
Kataloniyada terror aktları törətmiş terrorçular əsas hücumu Barselonanın ən məşhur tarixi abidəsi hesab edilən Müqəddəs Ailə kilsəsinin ərazisində törətməyi planlaşdırıblarmış.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “El Espanol” nəşri məlumat yayıb. Məlumata görə, terrorçular partladıcı qurğularla yüklənmiş avtomobillərdən istifadə etməklə eyni vaxtda üç hücum törətməyi planlaşdırıblar. Avtomobillər sakinlərin daha sıx olduğu ərazilərdə partladılmalı idi.

Bu yerlərdən biri inşası 1882-ci ildən fərdi ianələr hesabına həyata keçirilən Müqəddəs Ailə kilsəsi olub. Kilsə şəhərin və xristian dininin rəmzi hesab olunur.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler